Kurslarımız

Ana Səhifə / Kurslarımız

KRİTİK VƏZİYYƏTLƏRDƏ TƏCİLİ TİBBİ YARDIMLAR, TƏCRÜBƏ VƏ YENİLİKLƏR 2025

  • Kateqoriya: Həkimlər və orta tibbi işçilər üçün

Məlumat

 

 

Kritik vəziyyətlərdə təcili tibbi yardımlar, təcrübə və yeniliklər 2025 adlı kursumuz həkimlər və digər tibb işçiləri üçün nəzərdə tutulmuşdur.

Tibbi təhsili olmayanlar üçün deyil. 

 

 

Qeyd: Bütün dərslər daim yenilənir, ən son protokollara uyğundur. 

12 online leksiya və 2 praktik dərs planlaşdırılır.

Online dərslər 1,3,5 ci günlər, saat 20:30 da başlayacaq. Zoom üzərindən keçiriləcək, hər dərsin davametmə müddəti təxmini 2 saatdır.

Praktik dərslər isə 25 və 26  Oktyabr (bazar günü), saat 10:00-15:00 arası Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində keçiriləcək.

 

Dərs planı aşağıda:

 

Kursun müddəti: 06.10.2025 - 26.10.2025

 

Oktyabrın 6- sı, saat 20:30 da ilk dərs olacaq.

Online dərslərdə  müzakirə olunması planlaşdırılan mövzular:

* Dərman allergiyaları, anafilaktik şok, ilkin və təkmil yardımlar, hipersensitivliyin digər növləri. 

 

* Dərman zəhərlənmələri, toksidromlar, ilkin və təkmil yardımlar. 

 

* Ürəyin işemik xəstəlikləri, EKG diaqnostika, kəskin miokard infarktı, kardiogen şok, ilkin yardım, reanimasiyada müalicə, proqnozun təyini. 

 

* Arterial hipertenziya, ən son müalicə protokolu, hipertenziv təcililik-kriz, hipertenziv zərurilik, antihipertenziv dərmanların farmakologiyası, müxtəlif yanaşı xəstəliklərə uyğun antihipertenziv dərman kombinasiyasının seçilməsi. 

 

* Kəskin sol mədəcik çatışmazlığı, kardiogen ağciyər ödemi, ilkin və təkmil yardımlar.

 

* Bronxial astma, spirometriya və floumetriya, astmatik status, xronik obstruktiv ağciyər xəstəliyinin kəskinləşməsi, ilkin və təkmil müalicə. 

 

* Sinkop növləri, səbəblərin differensial diaqnostikası, ilkin yardım, spesifik müalicə. 

 

* Qıcolmalar, ilkin yardım, səbəblərin differensial diaqnostikası, spesifik müalicə. 

 

* Üst və alt mədə-bağırsaq qanaxmaları, ilkin yardım, diaqnostika, differensial diaqnostika və müalicə.

 

* Hipovolemik (travmatik, yanıq, hemorragik) şok, ilkin yardım, şok əleyhinə müalicə, qan və qan preparatları, qan köçürmə. 

 

* Naməlum etiologiyalı koma, səbəbin tapılması, ilkin yardım.

 

* İşemik insult, ilkin yardım və təkmil müalicə. 

 

* Hemorragik insult, növləri, ilkin yardım və müalicə. 

 

* Hiperkaliemiya, səbəbin tapılması, təcili və tədricən müalicənin xüsusiyyətləri. 

 

* Endokrin səbəbli kritik vəziyyətlər, hiperglikemik və hipoglikemik komalar, tirotoksik kriz, miksedema koması, adrenal kriz, ilkin yardım və müalicə. 

 

PRAKTİK DƏRSLƏR :

25 və 26 Oktyabr  - (Şənbə və Bazar günü) mərkəzimizdə, hər dəfə saat 10:00- dan 15:30- a qədər davam edəcək.
25.10.2025
 
Kəskin tənəffüs çatışmazlığı. Oksigenizasiya və ventilyasiya pozulmalarında praktik yanaşmalar. Oksigen terapiyası. (Canlı mühazirə)
Praktik dərs: Təcili, təxirəsalınmaz hallarda hava yolunun açılması, süni tənəffüsün verilməsi. Mulyaj üzərində traxeyanın orotraxeal metodla intubasiyası. Nazal və oral hava yollarının, laringeal maskaların təxirəsalınmaz vəziyyətlərdə tətbiqi.
 
26. 10.25
10:00-12:00 Terminal vəziyyətlər. Klinik ölümün və onun EKG formalarının müəyyənləşdirilməsi. Ürək ağciyər reanimasiyası, yeniliklər, çətinliklər, praktik yanaşmalar. (Canlı mühazirə)
12:00-13:00 Nahar fasiləsi
13:00-15:30 Təməl və təkmil həyat dəstəyi (mulyajlar üzərində praktik təlim)
AED və defibrillyatorlar. Simulyatorun tətbiqi ilə mulyajlar üzərində defibrillyasiya və elektrik kardioversiyanın aparılması.
15:30-16:00 Sertifikatların təqdimatı.
 

 

Əlavə Suallar

Dr. Şahin Məmmədov. Reanimasiya, intensiv terapiya və anesteziologiyada 25 il stajı var. Hal hazırda Milli Oftalmologiya Mərkəzində anesteziologiya, reanimasiya, intensiv terapiya şöbəsinin müdüridir.

Leksiyalar Zoom üzərindən online, praktik dərslər isə Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində keçirilir. Praktik dərslər şənbə və bazar günlərinə salınıb, həmin gün sertifikatların təqdimatı da keçiriləcək.

Əvvəlcə whatsapp nömrəmizə yazıb (0703360536) özünüzü təqdim edin, ixtisasınızı və işləyirsizsə iş yerinizi yazın. Və hansı kursa qoşulmaq istədiyinizi bildirin. Sizə ödəniş rekvizitləri göndəriləcək. Daha sonra whatsapp qrupuna əlavə ediləcəksiz.

Bəli. Kursun hazırda endirimli qiyməti 150 AZN dir.

Bəli. Kursu bitirənlərə rəsmi sertifikat verilir.