Nevrologiyada təcili hallar 2 (Neyroreanimasiya)
- Kateqoriya: Həkimlər və orta tibbi işçilər üçün
Müraciət edin
Müraciətiniz uğursuz alındı!
Müraciətiniz uğursuz alındı!
Müraciətiniz qeydə alındı!
Məlumat
Bu stepdə nevroloji ağır xəstələrin reanimasiya müalicəsi ətraflı şəkildə müzakirə olunacaq. Dərslər, praktiki yanaşma və interaktiv formatı ilə həkimlərin işini asanlaşdırmaq məqsədini güdür. Kurs, həkimə gələn telefon zəngindən başlayaraq reanimasiyadakı müayinə və müalicə prosesinə qədər mərhələli şəkildə həkimin atmalı olduğu addımları ətraflı şəkildə izah edir.
Hər dərs təxminən 2 saat davam edir və aşağıdakı mövzuları əhatə edir:
1. **Qıcolma Sindromları**:
- İlkin yardım prinsipləri
- Tam nevroloji müayinə
- Fiziki, instrumental və laborator müayinələr
- Müalicə yanaşmaları
2. **Komalar**:
- İlkin yardımların verilməsi
- Səbəbin müəyyənləşdirilməsi
- Müayinə və müalicə protokolu
3. **Mərkəzi Sinir Sistemi İnfeksion Xəstəlikləri**:
- Meningit və ensefalitlərin tanınması və idarə olunması
4. **Reanimasiyada Komada Olan Xəstələrə Ümumi Supportiv Müalicənin Əsasları**:
- Supportiv müalicənin rolu və tətbiqi
5. **Nevroloji Ağrı Sindromları**:
- İlkin yardım metodları
- Diferensial diaqnostika
- Hər bir sindromun spesifik müalicəsi
6. **Kəllə-Beyin Travması**:
- Travmanın dəyərləndirilməsi və müalicə prinsipləri
7. **İşemik İnsult**:
- A-dan Z-yə işemik insultun tanınması, müalicəsi və idarə olunması
8. **Hemorragik İnsult**:
- A-dan Z-yə hemorragik insultun diaqnostikası və müalicəsi
Kursa qoşulmaq üçün 0703360536 nömrəli WhatsApp ilə əlaqə saxlayın. Bu kurs, nevroloji reanimasiya sahəsində biliklərinizi artırmaq və praktik bacarıqlarınızı inkişaf etdirmək üçün əvəzsiz bir fürsətdir.
Əlavə Suallar
Bəli. Kursu bitirənlərə rəsmi sertifikat veriləcək
Dərslərin videosu yazılacağı üçün dərsdə hər hansı bir səbəbdən iştrak edə bilməsəniz sonradan izləmək imkanınız olacaq. Hər dərsin videosuna 7 gün ərzində dəfələrlə baxa biləcəksiniz.
Kursumuz həkimlər və orta tibb işçiləri üçün nəzərdə tutulub.