Tezliklə Başlayacaq Kurslarımız

Ana Səhifə / OFTALMOLOJİ ANESTEZİYA ONLİNE KURSU

OFTALMOLOJİ ANESTEZİYA ONLİNE KURSU

  • Kateqoriya: Yalnız həkimlər üçün
  • Tezliklə: 19 Oktyabr 2026

Məlumat

Tədris proqramı  (WETLAB)

Oftalmoloji  cərrahi əməliyyatlarda anesteziyanın spesifik xüsusiyyətləri , pediatrik xəstələrin perioperativ dövrünün idarə olunması.

 

19.10.2026- -31.10.2026

Anestezioloqlar, pediatrlar və oftalmoloqlar üçün nəzərdə tutulmuş distant kurs.

 

Tarix

Saat

Mövzu

Məşğələ

Təlimçi

19.10.2026

20:30-21:30

Fasilə

21:30-21:40

21:40-22:40

Tanışlıq, kursun məqsədləri və proqramın təqdimatı.

Oftalmoloji əməliyyatlar haqqında ümumi məlumat.

Əsas oftalmoloji terminlər və onların izahı.

Oftalmoloji anesteziyanın tarixi.

Göz almasının və göz yuvasının anesteziya baxımından əhəmiyyətli anatomik xüsusiyyətləri.

Gözyaşı yollarının anatomiyası və klinik əhəmiyyəti.

Ekstraokulyar əzələlərin funksiyaları və innervasiyası.

Sual-cavab..

Distant mühazirə

Şahin Məmmədov

20.10.2026

20:30-21:30

Fasilə

21:30-21:40

21:40-22:40

Oftalmoloji anesteziya baxımından göz fiziologiyasının əsasları.

Gözdaxili təzyiqin tənzimlənməsi və ona təsir edən amillər.

Anesteziyada istifadə olunan dərmanların gözdaxili təzyiqə təsiri.

Kəskin yüksəlmiş gözdaxili təzyiq və onunla əlaqəli şiddətli ağrının təcili idarə olunması.

Okulokardial və digər okulovisseral reflekslərin mexanizmləri, profilaktikası və idarə olunması.

Sual-cavab.

Distant mühazirə

Şahin Məmmədov

21.10.2026

20:30-21:30

Fasilə

21:30-21:40

21:40-22:40

Dərsin mövzusu: Oftalmoloji preparatlar və yerli anesteziya

Göz damcılarının sistemik təsirləri, əks-göstərişləri və yan təsirlərin idarə olunması.

Yerli anestetiklərin farmakologiyası, amid və ester qrupları.

Yerli anestetiklərin təsir müddətinə görə təsnifatı.

Göz cərrahiyyəsində istifadə olunan yerli anestetiklər və seçim meyarları.

Yerli anestetiklərə hiperhəssaslığın qiymətləndirilməsi.

Yerli anesteziyaya əks-göstərişlər və ağırlaşmaların profilaktikası.

Sual-cavab.

Distant mühazirə

Şahin Məmmədov

22.10.2026

20:30-21:30

Fasilə

21:30-21:40

21:40-22:40

İynə ilə icra olunan orbital bloklar: retrobulbar və peribulbar anesteziya.

Kanyula ilə icra olunan sub-Tenon blokunun texnikası.

Regional anesteziya zamanı saxlanılan görmə duyğuları və pasiyentin məlumatlandırılması.

Oftalmoloji regional anesteziyanın ağırlaşmaları, profilaktikası və idarə olunması.

Topikal anesteziya və tətbiq sahələri.

Yerli və regional anesteziyaya əks-göstərişlər.

Sual-cavab.

Distant mühazirə

Şahin Məmmədov

23.10.2026

20:30-21:30

Fasilə

21:30-21:40

21:40-22:40

Dərsin mövzusu: Katarakta və pterigium cərrahiyyəsində pasiyentin hazırlanması, sedasiya və monitorinq

Əməliyyatöncəsi qiymətləndirmə və hazırlıq.

Əməliyyat zamanı pasiyentə uyğun və təhlükəsiz pozisiyanın verilməsi.

Katarakta və pterigium cərrahiyyəsində monitorinq altında sedasiya.

Arterial hipertenziyalı pasiyentlərin intraoperativ idarə olunması.

Klaustrofobiya, eşitmə pozuntusu və panik atakları olan pasiyentlərdə ünsiyyət, fərdi yanaşma və göstəriş olduqda venadaxili sedasiya.

Sedasiya zamanı mümkün ağırlaşmaların tanınması, profilaktikası və təcili yardım.

Sual-cavab.

Distant mühazirə

Şahin Məmmədov

24.10.2026

20:30-21:30

Fasilə

21:30-21:40

21:40-22:40

Dərsin mövzusu: Təcili oftalmoloji hallarda anesteziya və pediatrik sedasiya

Göz travması olan pasiyentdə ilkin qiymətləndirmə və yanaşı travmaların aşkarlanması.

Baş-boyun travmaları və burun qanaxmalarında ilkin yardım və həkim taktikası.

Göz travması və endoftalmit zamanı anesteziya üsulunun seçilməsi.

Aclıq müddəti təmin olunmamış pasiyentlərdə aspirasiya riskinin azaldılması və anestezioloji taktika.

Uşaqlarda oftalmoloji və digər diaqnostik müayinələr üçün sedasiya, monitorinq və təhlükəsizlik.

Sual-cavab.

Distant mühazirə

Şahin Məmmədov

25.10.2026

20:30-21:30

Fasilə

21:30-21:40

21:40-22:40

Dərsin mövzusu: Orbital və okuloplastik cərrahiyyədə anesteziya

Orbital cərrahiyyə zamanı anesteziya

Oftalmoloji şiş cərrahiyyəsində idarəolunan hipotenziya və qanaxmaya nəzarət.

Evisserasiya, enukleasiya və ekzenterasiya əməliyyatlarında anesteziya.

Rekonstruktiv və okuloplastik əməliyyatlarda anesteziya taktikası.

Endoftalmit zamanı artmış gözdaxili təzyiq və kəskin ağrı sindromunun müalicəsi.

Sual-cavab.

Distant mühazirə

Şahin Məmmədov

26.10.2026

20:30-21:30

Fasilə

21:30-21:40

21:40-22:40

Dərsin mövzusu: Böyüklərdə buynuz qişa transplantasiyası zamanı ümumi anesteziya

Əməliyyatöncəsi qiymətləndirmə və hazırlıq.

Ümumi anesteziyanın aparılması və perioperativ idarəetmə.

Gözdaxili təzyiqə təsir edən ventilyasiya parametrləri, normokapniyanın təmin edilməsi və tənəffüs yolları təzyiqlərinin optimallaşdırılması.

İnduksiya və oyanma zamanı öskürək, gücənmə və gözdaxili təzyiq artımının qarşısının alınması.

Əməliyyatdan sonrakı ağrı, ürəkbulanma və qusmanın profilaktikası və idarə olunması.

Sual-cavab.

Distant mühazirə

Şahin Məmmədov

27.10.2026

20:30-21:30

Fasilə

21:30-21:40

21:40-22:40

Dərsin mövzusu: Uşaqlarda oftalmoloji cərrahiyyə zamanı ümumi anesteziya və yanaşı xəstəliklər

Əməliyyatöncəsi qiymətləndirmə və ümumi anesteziyanın yaşa uyğun xüsusiyyətləri.

Daun sindromu və uşaq serebral iflicində anestezioloji yanaşma.

Çediak–Hiqaşi, Lou (Lowe), Elers–Danlos və Marfan sindromlarında anesteziya baxımından əhəmiyyətli məqamlar.

Qreyvs xəstəliyi və Şöqren sindromunda anestezioloji risklər.

Pyer Robin ardıcıllığında çətin hava yolunun qiymətləndirilməsi və idarə olunması.

Qlükoza-6-fosfat dehidrogenaza (G6PD) çatışmazlığında hemoliz riski və təhlükəsiz dərman seçimi.

Perioperativ dövrün pediatr və müvafiq mütəxəssislərlə birgə idarə olunması.

Sual-cavab.

Distant mühazirə

Şahin Məmmədov

28.10.2026

20:30-21:30

Fasilə

21:30-21:40

21:40-22:40

Dərsin mövzusu: Qlaukoma və gözyaşı yolları cərrahiyyəsində anesteziya

Uşaqlarda və böyüklərdə qlaukoma cərrahiyyəsi zamanı anesteziya.

Gözdaxili təzyiqi artıran amillər və onların qarşısının alınması.

Uşaqlarda gözyaşı yollarının zondlanması zamanı anesteziya, hava yolunun qorunması və aspirasiya riskinin azaldılması.

Böyüklərdə dakriosistorinostomiya zamanı anesteziya.

İdarəolunan hipotenziyanın tətbiqinə göstərişlər, əks-göstərişlər və təhlükəsizlik prinsipləri.

Qanaxmaya nəzarət və qan aspirasiyası riskinin idarə olunması.

Sual-cavab.

Distant mühazirə

Şahin Məmmədov

29.10.2026

20:30-21:30

Fasilə

21:30-21:40

21:40-22:40

Dərsin mövzusu: Vitreoretinal cərrahiyyə və digər oftalmoloji müdaxilələrdə anesteziya

Vitreoretinal cərrahiyyədə anesteziya üsulunun seçilməsi və əməliyyatın mərhələlərinə uyğun anestezioloji yanaşma.

Gözdaxili qaz qabarcığı olduqda azot protoksidinin (N₂O) istifadəsinə əks-göstəriş və gözdaxili təzyiqin kəskin yüksəlməsi riski.

Göz angioqrafiyası, intravitreal inyeksiya və lazer müalicəsində anestezioloji məqamlar və mümkün ağırlaşmalar.

Yaşlı pasiyentlərdə anesteziya, yanaşı xəstəliklər və dərman qarşılıqlı təsirləri.

Diabetik göz fəsadları olan pasiyentlərdə perioperativ idarəetmə, qlikemiyaya nəzarət və antidiabetik müalicənin tənzimlənməsi.

Sual-cavab.

Distant mühazirə

Şahin Məmmədov

30.10.2026

20:30-21:30

Fasilə

21:30-21:40

21:40-22:40

Dərsin mövzusu: Uşaqlarda və böyüklərdə çəpgözlük cərrahiyyəsində anesteziya

Əməliyyatöncəsi qiymətləndirmə və yaşa uyğun anestezioloji yanaşma.

Çəpgözlük cərrahiyyəsində anesteziyanın aparılması və monitorinq.

Okulokardial və digər okulovisseral reflekslərin tanınması, profilaktikası və idarə olunması.

Əməliyyatdan sonrakı ağrı, ürəkbulanma və qusmanın profilaktikası və müalicəsi.

Sual-cavab.

Distant mühazirə

Şahin Məmmədov

31.10.2026

20:30-21:30

Fasilə

21:30-21:40

21:40-22:40

 Dərsin mövzusu: Vaxtından əvvəl doğulmuş körpələrin retinopatiyasında anesteziya

Oftalmoloji prosedur və əməliyyatlar üçün anesteziya üsulunun seçilməsi.

Əməliyyatöncəsi qiymətləndirmə, postmenstrual yaşın və yanaşı xəstəliklərin nəzərə alınması.

Perioperativ dövrün neonatoloq və pediatrla birgə idarə olunması.

Oksigenləşmə və ventilyasiyanın idarə olunması, hipotermiya və hipoqlikemiyanın profilaktikası.

Anesteziyadan sonra apnoe, bradikardiya və desaturasiya riskləri, profilaktika və monitorinq.

Sual-cavab.

Distant mühazirə lə

Şahin Məmmədov

İstinadlar:

 * www.uptodate.com

*Arterial hipertenziyanin diaqnostika və müalicəsi üzrə klinik protokol (yenilənmiş - 2024)

* Anafilaktik şok üzrə klinik protokol (yenilənmiş-2022)

* Uşaqlarda epilepsiya üzrə klinik protokol

Kitablar:

Oftalmoloji anesteziya – K.H. Hacımuradov, S.N. İbrahimov

Ophthalmic Anaesthesia (Oxford Specialist Handbooks in Anaesthesia) by Chandra Kumar ,Chris Dodds ,Steven Gayer 

 

Principles and Practice of Ophthalmic Anaesthesia

by Jaichandran VV, Chandra M Kumar, Jagadeesh V

 

 

Textbook of Medical Physiology by Arthur C. Guyton

Lippincott Illustrated Reviews

Pharmacology