Tezliklə Başlayacaq Kurslarımız

Ana Səhifə / NEVROLOGİYADA TƏCİLİ HALLAR 1 Cİ HİSSƏ

NEVROLOGİYADA TƏCİLİ HALLAR 1 Cİ HİSSƏ

  • Kateqoriya: Həkimlər və orta tibbi işçilər üçün
  • Tezliklə: None

Məlumat

Nevroloji səbəblərlə ağır vəziyyətdə olan xəstələrə düzgün və kompleks yardım göstərmək üçün sinir sisteminin bütün aspektlərini, mərkəzi və periferik sinir sisteminin strukturlarını, sinir sistemi reseptorları və mediatorlarını dərindən öyrənmək vacibdir. Hər bir həkim beyin və onun funksional bölgələri haqqında ətraflı biliklərə sahib olmalıdır.

Nevrologiyada təcili hallar kursunun birinci hissəsində klinik neyroanatomiyaya xüsusi diqqət yetirilir. Bu sahə mürəkkəb olsa da, biz dərsləri sadə və maraqlı bir şəkildə təqdim edərək öyrənmə prosesini asanlaşdırmışıq. Siz öyrənəcəyiniz tibbi bilikləri uzun müddət yaddaşınızda saxlayacaqsınız!

Birinci hissədən sonra nevroloji xəstələrdə reanimasion tədbirlər kursu başlayacaq. Lakin əvvəlcə bu kursu keçməyiniz tövsiyə olunur. Məsələn, xəstədə putaminal qanaxma varsa, putamenin nə olduğunu bilmək vacibdir. Siz ayrı-ayrı şöbələri KT plyonkasına baxaraq düzgün müəyyən etməyi bacarmalısınız. 

Sinir sistemi tibbin bütün sahələri ilə sıx əlaqədardır, bu səbəbdən kurs yalnız nevroloqlar və reanimatoloqlar üçün deyil, digər ixtisaslardan olan həkimlər üçün də faydalıdır. Öyrənəcəyiniz biliklər, praktiki bacarıqlarınızı artıracaq və xəstələrə daha keyfiyyətli xidmət göstərməyə imkan yaradacaq. 

Kursa qoşulmaq üçün whatsapp: 0703360536

Dərslər online keçiriləcəyi üçün bölgələrdə və xaricdə fəaliyyət edən həkimlərimiz üçün də əlçatandır. 

Online kursun digər bir üstünlüyü ondadır ki dərslərin videosu yazılacaq. Beləliklə növbədə olan ya vacib bir işə görə dərsdə iştrak edə bilməyən həkimlər sonradan dərsi izləyə biləcək. 

Dərslər 1,3,5 ci günlər saat 21:00 da Zoom üzərindən online keçiriləcək. 

Neyroreanimasiya- Birinci hissənin dərs planı:

1. Sinir sisteminin təşkili (Neyron və onun ehtiyyat hissələri, sinapslar, mərkəzi və periferik sinir sistemi, baş beyin, dominant və qeyri dominant yarımkürələr, serebral subcortex, beyincik, beyin kötüyü, onurğa beyni, periferik sinir sistemi, afferent divizya, xüsusi hiss orqanlarımız, protopatik və epikritik neyronlar, dermatom, efferent divizya, somatik sinir sistemi, miotom, somatik sinir sistemində neyrotransmitterlər, avtonom sinir sistemi,parasimpatik sinir sietemi, muskarinik, nikotinik reseptor və mediatorlar, simpatik sinir sisteminin reseptor və mediatorları, qlial hüceyrələr, oliqodendroqlia, şvann hüceyrələr, astrositlər, peyk hüceyrələri, ependimal hüceyrələr, mikroqlia) suallar və cavablar.

2. Serebral korteks. Alın payı. Prefrontal korteks. İlkin motor korteks. Təpə payı. İlkin somatosensor korteks. Hemineglekt. Ənsə payı. Anton sindromu. Temporal pay. Dil mərkəzləri. Brok sahəsi. Vernike bölgəsi. Ötürücü afaziya. Limbik sistem. Amigdala. Klüver- Busi sindromu.Hipokamp. Mamilyar cismlər. Vernike-Korsakov sindromu. Sinqulat qabıq. Anterior singular korteks. Nucleus accumbens. Klinik suallar və cavablar.

3. Sertebral subkorteks. Giriş, nüvə, ganglia barədə ümumi məlumat. Talamus. VPL, VPM, LG, MG,bazal ganglia. Kaudat, Putamen. globus pallidus, subtalamik nukleus, substansia nigra.Birbaşa və dolayı yollar. Striatum. Hemiballismus. Xülasə. Suallar və cavablar.

4. Subkorteks ikinci hissə. Daxili kapsul. Arxa qol. Genu. Epitalamus. Parinaud sindromu. Hipotalamus.AHN, PHN, LHN,VMN. Sirkadian ritm. Jet lag xəstəliyi. Su balansı- supraoptik nüvə. Hipotalamusun hormonları. Vazopressin, oksitosin, rilizing hormonlar. Hipofiz. FSH, LH, ACTH, TSH, prolaktin, böyümə hormonu. Klinik situasion məsələlər. Suallar və cavablar.

5. Beyincik. Giriş. Barmaq burun testi. Beyinciyin klinik neyroanatomiyası. Flokullonodulyar lob. Beyincik pedunklları. Peyincik zədələnmələrdə deficitin ipsilateral olmasının mexanizmi. Beyincik nüvələri- dentat,emboliform, kürəcikli, fastigal nüvələr və onların funksiyaları. Cerebellar disfunksiya. Ataksiya.Nistagm. Tremor. Balans pozulması. Disdiadoxokineziya. Dizartriya.Dismetriya. Xülasə. Fridreyx ataksiyası. Beyincik vs basal ganglia. Situasion məsələlər.

6. Beyin kötüyü. Hissələri. Retikulyar formasiya. Ara beyin. Tektum, Tegmentum, beyin pedunklusləri. medial longitudinal fasciculus,periaqueductal grey, ventral tegmental area, Kortikospinal və kortikobulbar yollar. Körpü. Pnevmotaksik və apnestik mərkəzlər. Körpünün noradrenalin istehsalı və simpatik sinir sistemində rolu. Central pontin demielinizasiya. Uzunsov beyin.refleks mərkəzləri. nukleus solitarus. ürək-damar mərkəzi. Medulladan çıxan kəllə beyin sinirləri. Klinik situasion məsələlər. Suallar və cavablar.

7. Onurğa beyni klinik neyroanatomiyası. Dorsal column-medial lemiscus yolu.nucleus gracilis , nucleus cuneatus. Spinotalamik yol. Kortikospinal yol. Ekstrapramid yollar. Spinal reflekslər. Anterior cord sindromu. Posterior cord sindromu. Central cord sindromu. BROWN-SÉQUARD sindromu. Onurğa beyinin yarımkəskin kombinə degenerasiyası. Cauda equina sindromu. Situasion məsələlər.

8. Periferik sinir sistemi. Kəllə-beyin sinirləri. 12 cüt. Hər biri barədə ümumi məlumat və bu sinirlərin zədələnməsi zamanı rast gəlinən pataloji hallar. Spinal sinirlər. Dermatomlar. Miotomlar.

 

Əlavə Suallar

Whatsapp nömrəmiz aktivdir: 0703360536

Bəli. Dərslər zoom üzərindən online keçiriləcək.

Kursu bitirənlərə rəsmi sertifikat veriləcək.

Neyroreanimasiyanın birinci hissəsi- klinik neyroreanimasiya 7 dərsdən ibarətdir.

Bütün dərslərin videosu yazılacaq. Əgər növbədə və vacib bir işə görə dərsdə iştrak etməsəniz narahat olmayın.