Su-duz, turşu-qələvi müvazinətinin pozulmalarının klinik qiymətləndirilməsi və müalicəsi
- Kateqoriya: Yalnız həkimlər üçün
Müraciət edin
Müraciətiniz uğursuz alındı!
Müraciətiniz uğursuz alındı!
Müraciətiniz qeydə alındı!
Məlumat
Salamlar!
Bu kurs stasionarda işləyən həkimlərə lazımdır.
İnfuzion müalicənin, ümumi olaraq intensiv terapiyanın əsasını təşkil edir. Reanimasiya kursunun ilk stepidir. Bu kursu keçmədən hər hansı bir ağır patologiyanın müalicəsi uğurlu ola bilməz.
Heç bir müasir reanimasiyanı arterial qan qazı analizatoru olmadan təsəvvür etmək mümkün deyil.
Kursu bitirəndə tam öyrənmiş olacaqsız:
Böyrəklərin fiziologiyasını
Su və eletrolitlərin tələbatının hesablanmasını
Elektrolit pozulmaların korreksiyası (Hipernatriemiya, Hiponatremiya, Hiperkaliemiya və Hipokaliemiyanın səbəbinin tapılması, növünün təyini və ona uyğun müalicəsi)
Turşu- qələvi fiziologiyası
Asidozların və alkalozların səbəbinin müəyyənləşdirilməsi və müalicəsi
Su-duz, turşu-qələvi müvazinətinin pozulmalarının klinik qiymətləndirilməsi və müalicəsi kursu
Müxtəlif ixtisasdan olan həkimlər üçün
(Ümumi 9 dərs. Onlardan 8 -i online, son dərs isə sertifikat alınan gün- bazar günü- praktik)
Dərslərin siyahısı step 1
### Dərs 1: Bədəndə Mayelərin Paylanması
- **Na və Su Fiziologiyası**: Bədəndəki mayelərin tənzimlənməsi və onların fizioloji rolu.
TBW, ICF, ECF və damardaxili maye həcminin hesablanması.
- **Osmolyarlıq və Tonus**: Hipertonik, izotonik, hipotonik məhlullar. Qanın osmolyarlığının hesablanması, klinik əhəmiyyəti. Hiperosmolyar məhlulların klinik praktikada tətbiqi. Hüceyrə içi və xarici mühitdə maye balansı.
- **Osmolyar Gap və Klinik İstifadəsi**: Osmolyar gapın müəyyənləşdirilməsi və klinik əhəmiyyəti.
###Dərs 2: Böyrəklərin Su Tənzimi Mexanizmi**: Böyrəklərin maye tənzimləmə funksiyaları.
- **Nefronun Quruluşu**: Nefronun hissələri və onların funksiyaları. Mühüm məqamlar.
- **Antidiuretik Hormon və Aldosteronun Rolu**: Bu hormonların su-duz mübadiləsindəki rolu.
- **Sidikqovucuların İş Yeri və Təsir Mexanizmi**: Sidikqovucuların təsiri və onların tətbiqi.
Vena Daxili Infuziya Məhlulları
- **Məhlulların Təyinatı**: Kristalloid və kalloid məhlullar.
- **Fizioloji Su Tələbatı**: Saatlıq və günlük su tələbatının hesablanması.
- **Maye Defisiti**: Klinik praktikada maye itkisinin və fizioloji tələbatın xəstəyə köçürülməsi.
- **Praktiki Çalışmalar**: Həkimlər üçün nəzəriyyənin praktikada tətbiqi.
### Dərs 3: Hiponatremiya
- **Səbəbin Tapılması**: Hiponatremiyanın səbəblərinin müəyyənləşdirilməsi. Növləri, simptomları, ödemli vəziyyətlərin əmələ gəlmə mexanizmi. SİADH, SSWS. Differensial diaqnostika
- **Kəskin və Xronik Hiponatremiyanın Müalicəsi**: Ən son protokolların tətbiqi.
### Dərs 4: Hipernatriemiya
-Hipernatriemiyanın səbəblərinin araşdırılması. Ekstrarenal və renal su itkisi. Osmotik diurez. Şəkərsiz diabet. Yatrogenik hipernatriemiya. Su deficitinin hesablanması.
- **Müalicə Yöntemləri**: Müalicə protokolları.
### Dərs 5: Hipokaliemiya
- **Səbəbin Tapılması**: Hipokaliemiyanın səbəblərinin differensial diaqnostikası. EKG dəyişiklikləri, yaranan aritmiyalar. Metabolik asidozla və metabolik alkalozla gedən hipokaliemiya.
- **Müalicə Yöntemləri**: Fərqli müalicə yanaşmaları.
### Dərs 6: Hiperkaliemiya
Hiperkaliemiyanın səbəblərinin araşdırılması.
EKG dəyişikləri, hiperkaliemiya ilə əlaqəli yaranan kardiak aritmiyalar.
Psevdohiperkaliemiya, kalimun hüceyrədən şifti. Hipertonik vəziyyətlərdə hiperkaliemiya. Aldesteron çatışmazlığı və həssaslığın azalması. Tip 4 metabolik asidoz. Hiporeninemik hipoaldesteronizm.
- **Müalicə Yöntemləri**: Təcili və təxirəsalınmaz yardımlar. Effektiv müalicə strategiyaları.
### Dərs 7: TURŞU-QƏLƏVİ DƏRSLƏRİNƏ GİRİŞ. Turşu qələvi müvazinəti- normal fiziologiya
- **Bufer Sistemlər**: Bədəndəki bufer sistemlərinin növləri və iş prinsipləri.
- **Hidrogen Fiziologiyası**:
- **ARTERİAL QAN QAZLARININ OXUNMASI*: Qan qazı analizinin interpretasiyası.
- **Praktiki Çalışmalar**:.
### Dərs 8: Anion Gap, hesablanması, klinik əhəmiyyəti
- **Delta Gap**:hesablanması, klinik əhəmiyyəti.
- **Metabolik Asidozlar**: Diabetik ketoasidoz, laktik adidoz, etilenglikol, metanol, salisilat zəhərlənməsi və digər yüksək anion gap metabolik asidozlar. Normal anion gap ilə olan metabolik asidozlatın səbəblərin müəyyənləşdirilməsi və müalicə strategiyaları.
### Dərs 9: Metabolik Alkalozlar, növləri. NaCl davamlı və NaCL a həsas tiplərin müəyyənləşdirilməsi. Hiperaldesteronizm. Gitelman sindromu. Barter sindromu və metabolik alkalozun digər səbəblərininaraşdırılması.
- **Müştərək Turşu-Qələvi Pozulmaların Təyini**: Müalicə yanaşmaları.
Son dərs klinikamızda keçiriləcək. Həmçinin praktik dərs kimi arterial qan qazını yoxlanılması və etaplarla interpretasiyası göstəriləcək. Praktik dərs olan gün iştrakçılara sertifikatlar təqdim olunacaq.
Bu dərslər, həkimlərin klinik praktikada qarşılaşdıqları maye və elektrolit pozulmalarını dərinləşdirərək öyrənmələrinə kömək edəcəkdir. Hər dərs praktiki çalışmalarla zənginləşdirilmişdir ki, bu da nəzəri biliklərin tətbiqini asanlaşdırır.
Əlavə Suallar
Əvvəlcə whatsapp nömrəmizə yazıb (0703360536) özünüzü təqdim edin, ixtisasınızı və işləyirsinizsə iş yerinizi yazın. Və hansı kursa qoşulmaq istədiyinizi bildirin. Sizə ödəniş rekvizitləri göndəriləcək. Daha sonra whatsapp qrupuna əlavə ediləcəksiz.
Bəli. Kursun qiyməti 150 AZN dir.
Dr. Şahin Məmmədov. Reanimasiya, intensiv terapiya və anesteziologiyada 23 il stajı var. Hal hazırda Milli Oftalmologiya Mərkəzində anesteziologiya, reanimasiya, intensiv terapiya şöbəsinin müdüridir.
Bəli. Kursu bitirənlərə rəsmi sertifikat verilir.